Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?

Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
 "Həbs olunanlar məhkəmə qarşısında cavab verəcək”.

Sfera.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs olunan icra başçılarının taleyindən danışarkən deyib. Deputat qeyd edib ki, aparılan istintaq nəticəsində həbs olunan icra başçıları məhkəməyə çıxarılacaq:
 
 
"Biz vaxtiylə həbs olunan icra başçıları haqqında fikirlərimizi söyləmişik. Hazırda istintaq gedir. İstintaqın nəticəsində onlar məhkəməyə çıxarılacaq. Məhkəmə də aparılan istintaqın nəticələrinə uyğun olaraq araşdırmalarını yekunlaşdırıb onlar haqqında hüquqi qiymət verəcək”.

Fəzail Ağamalı qeyd edib ki, bu prosesdə son söz məhkəmənindir:

"Bizim nə gözləməyimizdən asılı olmayaraq, son söz məhkəmənindir. Gəlin, məhkəmənin qərarını gözləyək”.

Qeyd edək ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində icra hakimiyyəti başçılarının həbsindən 8 ay keçir. Dekabrın 18-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ancaq proses sonrakı aylarda da davam edib və Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayonunun icra başçısı Mahir Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və eləcə də bu rayonların bəzi vəzifəli şəxsləri korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə həbs olnublar. Hazırda onların istintaqı davam edir.

OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...