Siyasi şərhçi: "Vətəndaşların orduya inamını sarsıtmaq istəyirlər"

Siyasi şərhçi:
 "Azərbaycan Ordusunu bütün məqamlarda daxildən zəiflətmək üçün düşmən durmadan çalışır”.

Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət deyib. 

Onun sözlərinə görə, indiki vaxtda ordu rəhbərliyində olan şəxslərin gözdən salınması istiqamətində atılan addımlar ayrıca diqqət çəkir:
 
 
"Məqsəd ordu rəhbərliyi ilə ordunun şəxsi heyəti və xalq ilə dövlət arasında bağları qoparmaqdır. Vətəndaşların orduya inamını sarsıtmaq istəyirlər. Ona görə də düşmən daim belə şayiələr yayır, xüsusilə də ordunun rəhbər heyəti haqqında. Yalanlar uydurma məlumatlarla bizə zərbə endirməyə çalışırlar. Tənqidolunma yönlərini düşmənin arzu etdiyi vaxtda etməməliyik. Qüsur varsa, bununla bağlı xüsusi müvafiq orqanlar çalışmalıdır, onlara məlumat verilməlidir. Belə qarayaxma kampaniyaları aparmaq yolverilməzdir".

A. Həsrətin fikrincə, hərbçilərin general vəzifələrinə təyin olunması və çıxarılması haqqında hansısa əmrin verilməsi yalnız Ali Baş Komandana məxsusdur:
 
"Prezident İlham Əliyev bu şəxslərə güvənir, güvənirsə, təbii ki, bir bildiyi var. Bizim bilmədiyimiz çox şey var, bunu Ali Baş Komandan çox yaxşı bilir və müvafiq tədbir görür". (qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...