Logo

İran sərhəd qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib

İran sərhəd qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan silahlı bölmələrinin atdığı mərmilərin İran ərazisinə düşməsindən sonra bu ölkənin sərhəd qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib.
Sfera.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi bildirib ki, top mərmilərinin ölkə ərazisinə düşməsi ilə əlaqədar münaqişə tərəflərinə xəbərdarlıq edilib.
Q.Rzayi deyib ki, son günlər baş verənlərlə bağlı İran-Azərbaycan sərhədinə baxış keçirib.
"İranın Ermənistan və Azərbaycanla sərhədləri tam təhlükəsizdir. Ümid edirik ki, tərəflər arasında sülh razılığı əldə olunacaq və problemlər həllini tapacaq”, - deyə Q.Rzayi baxışdan sonra  jurnalistlərə bildirib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR