Ərdoğan Rza Zərrabın həbsindən danışdı - VİDEO

Ərdoğan Rza Zərrabın həbsindən danışdı - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iş adamı Rza Zərrabın Mayamidəki həbsindən danışıb.

BiG.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident bildirib ki, bu məsələ Türkiyə üçün əhəmiyyətli xarakter daşımır. O, Rza Zərrab haqqında bunları deyib:

"Bu mövzu ölkəmizi maraqlandıran bir məsələ deyil. Bu, bir "çirkli pulların yuyulması"dır, ya yox, həbsin səbəblərin bilmədən danışmaq istəmirəm. Əsl çirkli pullar yuyanların ataları Pensilvaniyada yaşayır. Onlar üçün bir şey etdilərmi? Rza bəyin vəkilləri lazım olanları deyəcəklər".

Qeyd edək ki, Cənubi Azərbaycandan olan iş adamı Rza Zərrab eyni zamanda müğənni Ebru Gündeş ilə evlidir. O, ABŞ-ın İrana qoyduğu embarqoları pozmaq, çirkli pulların yuyulması, dövləti aldatmaq ittihamları ilə həbs olunub. Məşhur iş adamının məhkəməsi aprelin 4-də baş tutacaq.

OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...