ABŞ Rusiyaya güzəşt etməyəcək

ABŞ Rusiyaya güzəşt etməyəcək
ABŞ administrasiyası Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlamaq niyyətindədir.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland bildirib:
"Biz Minsk sülh sazişlərinin icrası məsələsində Ukrayna ilə əməkdaşlığı davam etdirəcəyik. Rusiya öz sazişlərini bütövlükdə yerinə yetirməyənədək sanksiyaların təsiri altında qalacağından əmin olmaq üçün biz avropalı tərəfdaşlarımızla çalışırıq”.
Xanım Nuland onu da qeyd edib ki, Krıma görə Rusiyaya tətbiq etdiyi sanksiyalar "əlbəttə" qüvvədə qalacaq.
Viktoriya Nuland Rusiyada həbsdə olan ukraynalı təyyarəçi Nadejda Savçenkonun həbs edilməsi məsələsinə də toxunub. O, Rusiyanı Savçenkonu azad etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR