Logo

Əliyev - Ərdoğan görüşünün gündəliyi açıqlandı

Əliyev - Ərdoğan görüşünün gündəliyi açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Martın 15-də Türkiyənin paytaxtı Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, Türkiyə prezidentinin saytı artıq bugünkü səfərin proqramını açıqlayıb.
Bildirilir ki, Bakı vaxtı ilə saat 12:30-da Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olacaq.
Saat 12:45-də dövlət başçılarının görüşü, saat 13:45-də isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası başlayacaq.
Saat 15:00-da Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması, həmçinin birgə mətbuat konfransının keçirilməsi, saat 15:30-da isə rəsmi nahar yeməyi nəzərdə tutulur.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR