Logo

AŞPA bütün iclaslarını təxirə saldı

AŞPA bütün iclaslarını təxirə saldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və qurumun komitələrinin bütün iclasları martın sonuna qədər təxirə salınıb.

Sfera.az-ın  yeni sabah-a istinadla  xəbərinə görə, bu barədə AŞPA-nın yaydığı məlumatda bildirilib.

İclasların təxirə salınmasının səbəbi koronavirus (COVID-19) epidemiyası ilə əlaqədardır.

AŞPA-nın Hüquqi məsələlər (Paris, 10 mart), Sosial məsələlər (Paris, 12 mart), Mədəniyyət (Paris, 16 mart), Miqrasiya (Paris, 19 mart), Bərabərlik (Paris, 20 mart) və Monitorinq (Ankara, 30-31 mart) komitələrinin iclasları ertələnib.

Bildirilir ki, AŞPA-nın aprelin 20-24-də keçirilməsi nəzərdə tutulan iclasının hansı tarixə keçiriləcəyinə dair də qərar qəbul ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR