Gürcüstanlı nazir Azərbaycana gəlir

Gürcüstanlı nazir Azərbaycana gəlir

Gürcüstan Respublikasının xarici işlər naziri Mixael Canelidze martın 7-də Azərbaycana rəsmi səfər edəcək.

Sfera.az xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, rəsmi səfər çərçivəsində M. Canelidze Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşlər keçirəcək.

Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR