Şirvanda avtomobilin vurduğu azyaşlı ağır xəsarətlər aldı

Şirvanda avtomobilin vurduğu azyaşlı ağır xəsarətlər aldı
Şirvan rayonunda azyaşlını avtomobil vurub.

Sfera.az-ın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

"Mercedes” markalı avtomobil yola qəfildən çıxan təxminən 12 yaşlı uşağı vurub.

Ağır xəsarətlər alan azyaşlını sürücü özü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır. (apa)
 


OXŞAR XƏBƏRLƏR