Şirin su mənbələri uğrunda mübarizə güclənir - ŞƏRH

Şirin su mənbələri uğrunda mübarizə güclənir - ŞƏRH

Azərbaycanda son illərdə su probleminin daha da kəskinləşməsi bu sektora diqqəti artırıb. Ölkəmizdə uzun illərdən bəri ilk dəfə 2020-ci ilin iyul ayının 27-də su problemlərinə həsr olunan xüsusi toplantının keçirilməsi bu diqqətin göstəricisidir. Həmin toplantıda səsləndirilən məlumatlar göstərdi ki, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə vacib məsələlərdən biridir və bu məqsədlə su sektorunda idarəetmə təkmilləşdirilməlidir.


Sfera.az bildirir ki, "İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı professor Rasim Həsənovun fikrincə, gələcəkdə su ehtiyatlarından istifadə Azərbaycan üçün daha problemli və aktual məsələyə çevriləcək. O hesab edir ki, hökumət vaxt itirmədən bu məsələdə zəruri tədbirlər görməlidir.

 

R.Həsənov qeyd etdi ki, suyun iqtisadi əhəmiyyəti gələcəkdə bir qədər də artacaq: "Suyun əhali sağlamlığı və həyat şəraiti ilə bağlı olması ilə yanaşı, onun mühüm iqtisadi amil olması əhəmiyyətli məsələdir. Ekspert qiymətləndirmələrinə görə, qlobal işçi qüvvəsinin üçdə ikisi su istehlakından bilavasitə asılıdır.

 

Su təhcizatı və təmizlənməsi ilə bağlı yerli sənayedə yaradılan hər bir işçi yeri, milli iqtisadiyyatda dolayısı ilə 3,68 iş yerinin yaranmasına səbəb olur. "Yaşıl iqtisadiyyata” keçid isə su amilinin iqtisadiyyata təsirini daha da gücləndirir. Hazırda inkişaf etmiş və inkişaaf etməkdə olan ölkələrdə işçi qüvvəsinin təxminən 1%-i su ilə bağlı sektorlarda məşğuldur. Köhələn və qeyri səmərəli infrastrukturun modernizasiyasına yönəldilən investisiyalar özüdə su təsərrüfatında mühüm məşğulluq amilinə çevirilib”.


R.Həsənov söylədi di, iqlim dəyişikliyi fonunda şirin suya olan tələb artmaqdadır: "1980-ci illərdən başlayaraq, qrunt sularının istifadəsi ildə 1% artır. Eyni zamanda iqlim dəyişikliyi üzrə Hökumətlərarası komissiyanın qiymətləndirmələrinə görə, qlobal istiləşmənin hər bir faiz artımı, dünya əhalisinin 7%-nin bərpa olunan su ehtiyatlarının həcminin təxminən 20 % azalmasına səbəb olur.

 

BMT ekspertlərinin fikrincə XXI əsrdə su neft və qazdan daha vacib strateji məhsula çeviriləcəkdir.Son yüz ildə dünyada suyun istifadəsi 2 dəfə artıb. Dünya su komissiyasının məlumatlarına görə indi gün ərzində hər nəfərə yemək hazırlamaq və şəxsi gigiyena üçün 20-50 litr su (orta-40) tələb olunur. Lakin dünya əhalisinin 40% (3 milyard nəfər) su qıtllığından əziyyət çəkir. 2025-ci ildə isə su çatışmazlığından əziyyət çəkənlər dünya əhalisinin 23 təşkil edəcəkdir.


İnsana gündəlik yemək hazırlamaq üçün 2-4 litr su tələb olunursa, yeməyin məhsullarının istehsalı üçün 2000-5000 litr tələb olunur. 1 ton taxıl istehsalı üçün -800-4000 litr, 1 ton ət üçün 2000-16 000 litr, bir ton düyü üçün 3500 litr su istifadə olunur.


Ekspert qiymətləndirmələrinə görə su təminatı və sanitariya şəraitinin yaxşılaşmasına qoyulan hər dollar investisiya 3-34 dollara qədər gəlir gətirir.

Su probleminin bəşəriyyət üçün nə qədər önəmli olduğunun göstərmək üçün qeyd edim ki, dünyada iri çayların 260-ı iki və daha çox ölkənin ərazisində keçir və dəqiq tənzimləmə razılaşmalarının olmaması daima konfliktləri yaranması üçün əlverişlidrir. Son 50 ildə dünyada 507 su münaqişəsi olmuş, 21 dəfə bu silahlaı münaqişə forması alıb. BMT-nin qiymətləndirmələrinə görə dünyada hərbi münaqişəyə çevirilə biləcək su ocaqları sırasında Araz və Kür çaylarıda var”.


R.Həsənov hesab edir ki, su idarəçiliyinin təkmilləşdirilməsinin mühüm bir istiqaməti düzgün Su balansının tərtib olunmasıdır. O Azərbaycanda da bu məsələyə ciddi yanaşılmasının əhəmiyyətli olduğunu dedi: "Bu məsələ Prezidentin yanında keçirilən müşavirədə Dövlət Başçısı tərəfindən haqlı olaraq kəskin şəkildə qoyuldu. Nəzərə almaq vacibdir ki, Azərbaycanda mövcud su ehtiyatlarının yalnız 20% yaxın hissəsi ölkə daxilində formalaşır. Qeyd etməyi məqsədəuyğun hesab edirik ki, dünyada daxili su axınları hesabına adam başına düşən su ehtiyatlarının ən aşağı olduğu 12 ölkə sırasında Azərbaycan aşağıdan 10-cudur. Fikrimizcə, bu fakt ölkəmizdə su probleminə diqqətin dahada ciddiləşməsi və müvafiq struktur və şirkətlərin fəaliyyətinə daha tələbkar yanaşmanı zəruri edir.

 

Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, təcili olaraq Azərbaycanda Sudan istifadənin yaxşılaşdırlıması və problemlərin həlli üçün qüvvədə olan Su məcəlləsi ilə yanaşı Su strategiyası formalaşdırlmalı və realizasiyası təmin eidlməlidir. Araşdırmalar göstərir ki, ölkəmizdə sudan istifadənin strateji hədəfləri müasir inkişaf mərhıləsində ictimai məhsul istehsalının su tutumluluğu, su itkisi, su hövzələrinin çirklənməsinin aşağı salınması kimi müəyyənləşdirilməlidir. Qeyd olunanlar həm içməli həm də istehsal məqsədli su istifadəsində vacibdir. Belə ki, dünya təcrübəsi və istehsal prosesinin mahiyyəti baxımından hesab olunur ki, su tutumluğunun azadılması faktiki olaraq istehsalın enerji tutumluğunun azadılması doğurur və buna görədə bütövlükdə xərclərin azalması, sudan istifadənin nəticəliliyinin yüksəlməsi baş verir”.


Vasif


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...