Şiddətli dolu İstanbulu bu vəziyyətə saldı – VİDEO + FOTO

Şiddətli dolu İstanbulu bu vəziyyətə saldı – VİDEO + FOTO

 

Türkiyənin İstanbul şəhərinə güclü dolu yağır. 

Oxu.Az-ın məlumatına görə, dolunun bir anda başlaması küçədə olan insanları çarəsiz vəziyyətə salıb. 

Şəhərin həm Avropa, həm də Asiya hissələrində demək olar ki, həyat dayanıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Magistral və şəhər içi yollarda nəqliyyat vasitələrinin hərəkəti tamamilə iflic vəziyyətdədir. 

Rəsmi qurumlara vətəndaşlara evdən çölə çıxmamağı məsləhət görüblər.

Ekspertlərin fikrincə, bu cür doludan sonra fəsadlar ortaya çıxmağa başlayacaq. Artıq indidən dəyən ziyan hesablanır. 

 

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR