Sevənləri məşhur aktyoru tanımaqda çətinlik çəkdi - FOTOLAR
10:59 / 30.09.2021
540
Türkiyəli aktyor Murat Yıldırımın son görünüşü sevənlərini təəccübləndirib.
Sfera.az bildirir ki, aktyor ötən gecə həyat yoldaşı İman Elbani ilə birlikdə "25. Altın Objektif Ödülleri” tədbirində iştirak edib. Kameralara poz verən Yıldırım sosial şəbəkə hesabında gecədən fotolar paylaşıb.
Məşhurun görüntülərdə çox fərqli görünməsi isə izləyicilərinin gözündən yayınmayıb. Bir çox istifadəçi dəyişikliyin səbəbini sorğulayıb.
Qeyd edək ki, gecədə Murat Yıldırım "Ən yaxşı aksion serial aktyoru” mükafatına layiq görülüb.
Türkan
Sfera.az