"Sən bir ateistsən, burada olmağa haqqın yoxdur" - Makrona növbəti şok / VİDEO

Fransa prezidenti Emmanuel Makron yenidən vətəndaşlardan birinin qəzəbinə tuş gəlib.
 
Sfera.az bildirir ki, bu dəfə hadisə ibadət evlərindən birində baş verib. Belə ki, Makron ölkənin cənubunda yerləşən Lourdes adlı kəndə gedib və burada ən böyük xristian xaç mərkəzini ziyarət edib.

Musiqi qrupuna qoşulan Makrona izdiham içindən bir şəxs etiraz edib. O, "Özündən utanmalısan. Sən bir ateistsən, burada olmağa haqqın yoxdur”, - deyə bildirib. Ardınca cangüdənlərin müdaxiləsi ilə həmin şəxs nəzarət altına alınıb. 

Məlumata görə, mərkəz işçilərindən birini də yaralayan həmin vətəndaş artıq həbs edilib.

Qeyd edək ki, bir müddət əvvəl Makron Drom bölgəsinə səfəri zamanı əhali ilə görüşmüşdü. Bu zaman vətəndaşlardan biri gözlənilmədən Makrona sillə vurmuşdu.

 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR