Səlim Müslümovun “Ağsu aşırımı”: sabiq nazir rayonu necə nəzarətdə saxlayıb?

Səlim Müslümovun “Ağsu aşırımı”: sabiq nazir rayonu necə nəzarətdə saxlayıb?
 
Sentyabrın 30-da dövlət başçısının  sərəncamı ilə  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edilib. Rayona təyin olunmuş yeni icra başçısı Vahid Tağıyev oktyabrın 1-də  kollektivə təqdim olunub. V.Tağıyevi kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, Vahid Tağıyev haqqında internetdə yeganə məlumat isə onun keçmiş MTN zabiti olmasıdır. Belə ki, 27 mart 2006-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin təltif olunan bir qrup əməkdaşı arasında onun da adı var. Həmin zaman polkovnik rütbəsində olan Tağıyev Vahid Heydər oğlu "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümovun bacısı oğlu (həm də bacanaqdırlar)  Ənvər Seyidəliyevin vəzifədən çıxarılacağı ilə bağlı xəbərlər çoxdan var idi. Ənvər Seyidəliyev 1950-ci ildə S.Müslümov kimi Ağsunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Politexnik İnstitutunu bitirib. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışıb.

1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb. 2007-ci ilin dekabrında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. 

İcra başçısının təkcə dayısı ilə deyil, sabiq nəqliyyat naziri Ziya Məmmədovla biznes ortağı olması iddia olunurdu. Yada salaq ki, 2003-2007-ci illərdə o, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-də idarə rəisi vəzifəsində işləyib. S.Müslümovun nazir olduğu dönəmdə rayon tam qohumların nəzarətinə keçib,  bütün mühüm vəzifələrə yerləşə biliblər.  

Səlim Müslümov hələ nazir olduğu zamanlarda icra başçısının dövlətin fermerlərə dəstək üçün ayırdığı pulları yaxın çevrəsi arasında bölüşdürməsi barədə mətbuatda məlumatlar dərc edilirdi. İddia olunurdu ki,  rayon sakinləri və fermerlər Prezident Administrasiyasına  kütləvi şikayət məktubları göndərib.

Şikayət  məktubları əsasən Ağsu şəhərinin və rayonun kəndlərinin abadlaşdırılması və yolların yenidən çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsaitin böyük qisminin  mənimsənilməsi, həmin işlərin icra olunması üçün maliyyə vəsaitini ayrı-ayrı vəzifəli şəxslərdən və sahibkarlardan toplanması, rayonda əkin üçün yararlı olan torpaq sahələrinin zəbt etməsi barədə olub. İcra başçısı özünün əkin  sahələrində rayon camaatını qəpik-quruşa işlədib, hətta son vaxtlar zəhmət haqqını da vermirmiş.  İcra hakimiyyətinin aztəminatlı, əlil və şəhid ailələrinə də sayğısız münasibət göstərdiyi deyilirdi. Son aylar Ağsu İcra Hakimiyyətində ciddi yoxlamaların aparıldığı da gələn xəbərlər sırasında idi. Sabiq icra başçısının qardaşı  Fətulla Seyidəliyevin hazırda  "Kapitalbank”ın rayon filialının müdiri olduğu, digər qardaşının təqaüdçü  olsa da, rayon pambıq qəbulu məntəqəsində müdiri işlədiyi bildirilir.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında  Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim işləyir. O, iqtisad elmləri doktoru, professordur.

Gözlənilir ki, yaxın günlərdə S.Müslümovun  və yaxın qohumlarının "Ağsu aşırımı”ndakı hökmranlığına tam son qoyulsun.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...