No Image
No Image

Selçuk Bayraktar Türkiyədəki qazilərimizi ziyarət edib - FOTO

Selçuk Bayraktar Türkiyədəki qazilərimizi ziyarət edib - FOTO
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

ASAN Xidmətdən Sfera.az-a verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Salmanov və Türkiyənin "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar "YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən qazilərimizi ziyarət ediblər.

Söhbət zamanı xəstəxana rəhbərliyi və professor həkim heyəti ilə qazilərimizin mövcud durumu ətraflı müzakirə olunub. Vurğulanıb ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün qəhrəman döyüşçülərimizə minnətdarıq və "YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Qazilərimiz belə bir səfərin gerçəkləşdirildiyi üçün həm Dövlət Agentliyinə, həm də Selçuk Bayraktara öz minnətdarlıqlarını bildiriblər. Qazilərimizə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, həkimlərin rəyi nəzərə alınaraq 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Selçuk Bayraktar Türkiyədəki qazilərimizi ziyarət edib - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədr müavini Ceyhun Salmanovun rəhbərlik etd...

Azərbaycanlı bloqerin “qadınları zorlayın” çağırışına DİN-dən REAKSİYA

"Sosial şəbəkədə özünü "Pantural” kimi təqdim edən şəxsin izləyicisi olan kişilərə xitab edərək, ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual ...

Yerli məşhurların ağlı başdan alan çimərlik geyimləri - FOTOLAR

İstirahət mövsümü davam edir. Azərbaycanda bir sıra məşhurlar yay tətilini, əsasən, dəniz sahilində, çimərlikdə keçirməyə üstünlük verirlər.   Sfera.az...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşıladı - FOTO

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb. Sfera.az  xəbər verir ki, Azərbaycan Respublikasının P...

Əsir götürülən erməni hərbçilərin FOTOLARI

Mayın 27-si gecə saatlarında Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən əsir götürü...

BDU əməkdaşlarının vaksinasiyasına başlanıldı - FOTO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə...