Şəkidə evdən qızıl və pul oğurlayan gənc saxlanıldı - FOTO

Şəkidə evdən qızıl və pul oğurlayan gənc saxlanıldı - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.

 

Şəki ŞRPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən - Şəki şəhər sakini, 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. A.Əliyevin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır. (oxu.az)

 

OXŞAR XƏBƏRLƏR

Siyəzəndə yas mərasimi keçirənlər cərimələniblər

  Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid-19 pandemiyası ilə əlaqədar Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əm...

"Lotu Quli”nin adamları belə saxlanıldı - FOTOLAR

 Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessada vətəndaşları dəhşətə gətirən və bölgədəki sahibkarları qorxu içində saxlayan "Lotu Quli” kimi tanına...

“15 yaşlı qızı hamilə buraxan müəllimə 1 il iş kəsildi”

  Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərar verib.  Bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaş...

Cəlilabadda karantini pozan kafe aşkarlandı

  Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat X...

Xaçmazda ər arvadını qətlə yetirib

  Avqustun 10-da saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat dax...

Beyləqanda əxlaqsız yuva aşkar edilib

  Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonunun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi...