Şəki bələdiyyəsi 2,36 milyon manatlıq torpaq satıb

Şəki bələdiyyəsi 2,36 milyon manatlıq torpaq satıb
Ötən il Azərbaycan bələdiyyələri əmlakın özəlləşdirilməsindən 7 milyon manat gəlir əldə edib. Əmlak satışından daxil olan gəlir bələdiyyələrin ümumi gəlirinin 20 faizini təşkil edib. 2019-cu ilə nisbətən bələdiyyələrin əmlak satışından gəliri 16,2 faiz azalıb. 

Sfera.az bildirir ki, bələdiyyə əmlakı dedikdə əsasən bələdiyyə ərazilərində olan torpaq sahələri nəzərdə tutulur. Azərbaycanın dağ və dağətəyi regionlarında yerləşən bələdiyyələr torpaq satışından daha çox gəlir əldə edir. Çünki burada torpaqlara tələb böyükdür və satışa çıxarılan torpaqların qiyməti yüksəkdir. 
Ötən il 100 min manatdan artıq əmlak satan rayon və şəhərlərin sayı 16 olub.

2020-cu ildə ən çox əmlakı Şəki şəhər bələdiyyələri satıb. Şəki şəhər bələdiyyələri bir ildə satışı 3,3 dəfə artıraraq 2,363 milyon manata çatdırıb. Bakı şəhər bələdiyyələri ötən il əmlak satmayıb. 

Azərbaycanda hansı şəhər və rayon üzrə bələdiyyələrin daha çox əmlak satması faktı ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:
 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR