Səhiyyə Nazirliyi yeni qapanmanın siqnalını verdi – “Bu, nəyin təlaşıdır?”

Səhiyyə Nazirliyi yeni qapanmanın siqnalını verdi – “Bu, nəyin təlaşıdır?”
"Azərbaycan ərazisində pandemiya dövrünün təşkili üzrə qaydalar müəyyənləşib və bu qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilib. Bu mənada Səhiyyə Nazirliyinin mövzu ilə bağlı tövsiyyə verməsini anlayışla qarşılayırıq. Amma bu hüquqi sənəd deyil”.

Bunu Sfera.az-a açılamasında Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dair metodiki göstərişlərdə fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədrisə üstünlük verilməsinin öz əksini tapmasına münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:
 
"Nazirliyin bu qərarı ziddiyyətlidir. Sabah polis bunu əsas gətirərək, həmin özəl təşkilatları cərimələyə bilər. Səhiyyə Nazirliyi bununla bağlı qərar qəbul edə bilməz. Qərar qəbul edən orqan Operativ Qərargahdır.
 
Orta məktəblərdə 1,6 milyon şagird oxuyur. 16-30 iyun arası hətta yay məktəbləri fəaliyyət göstərir. Bu zaman onlar qapalı məkanda olsalar da qoruyucu maskadan istifadə etmir, amma özəl kurs və repetitor fəaliyyəti zamanı maskadan istifadə məcburidir. Orta məktəbdə müəllimin yanında azı 15 nəfər olur, amma repetitorun yanında cəmi 5 nəfər. Belədə hansı daha təhlükəlidir? Deməli, nazirliyin verdiyi bu qərar ziddiyyətlidir”.
 
Bununla yanaşı, ekspert bildirdi ki, nazirlik qərarda yer alan otaqların havalandırılması və kurslar arasında 15 dəqiqəlik ara məsafənin olması tələbində isə haqlıdır: "Ancaq bu tövsiyyədir. Qərar deyil”.
 
Repetitorluğun onlayn keçirilməsinə gəldikdə, K. Əsədov bir daha vurğuladı ki, texniki və təbiət fənlərinin onlayn tədrisi keyfiyyətli deyil: "Yalnız humanitar fənləri onlayn keçirmək olar. Bunu dekabrdakı milli qiymətləndirmə və apreldəki buraxılış imtahanları zamanı da gördük. Təbiət və texniki fənlərdən keyfiyyətli nəticə almaq üçün bu fənlər mütləq auditoriyalarda keçirilməlidir”. 
 
Həmsöhbətimiz Səhiyyə Nazirliyinə sual da ünvanladı: "Harada və hansı tədqiqatlara əsasən prosesin belə olmasını tövsiyyə ediblər? Bu nəyin təlaşıdır? Yenidən qapanmaların siqnalıdırmı?” 
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...