Şəhərlərarası avtobuslarda YENİ QAYDALAR: Bu sərnişinlər avtobusa buraxılmayacaqlar

Şəhərlərarası avtobuslarda YENİ QAYDALAR: Bu sərnişinlər avtobusa buraxılmayacaqlar
 Şəhərlərarası sərnişindaşıma iyun ayının 15-dən sonra bərpa olunarsa, bu halda avtobuslar yeni qaydalarla fəaliyyət göstərəcəklər.
 

Sfera.az  xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, yeni qaydalar TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının göstərişləri ilə ictimai nəqliyyatdan istifadə ilə bağlı metodiki göstərişlər əsasında hazırlanıb:

"Qaydalara əsasən, vaxt baxımından daha uzaq yol qət edən nəqliyyat vasitələrinin salonu bütün sərnişinlər tərəfindən doldurulmayacaq və həmin avtobuslara məhdud sayda bilet satılacaq. Tibbi maskanın və əlcəklərdən istifadə zəruri olacaq. Bu qaydalar 56 avtovağzal və avtostansiyalara bildirilib, eyni zamanda DANX əməkdaşları da həmin yerlərə ezam olunublar".

N.Allahyarova qeyd edib ki, bileti olsa da belə, sərnişin bu qaydalara əməl etməzsə, o, avtobusa buraxılmayacaq:

"İlkin vaxtlarda maskasız olan sərnişinlər avtovağzallarda maska əldə edə biləcəklər. Ancaq bu, ilkin günlər üçün nəzərdə tutulub".

Sektor müdiri əlavə edib ki, uzaq məsafə qət edən avtobuslar mütləq şəkildə müəyyən istrahət yerlərində saxladılaraq salonları dezinfeksiya olunacaq:

"Uzaq məsafə qət edən sürücülərin iş və istirahət vaxtına nəzarət olunacaq, bu, qanunvericilikdə də nəzərdə tutulub. Pandemiya dövründən qabaq bəzi sürücülər mənzil başına tez çatması üçün sərnişinlərlə razılığa gələrək nəqliyyat vasitəsini istirahət yerlərində saxlamadan, istirahət etmədən sürürdülər. Ancaq yeni qaydalara əsasən, buna tam olaraq tələb olunacaq. Belə ki, uzaq məsafə qət edəcək avtobuslar müəyyən istirahət yerlərində saxladılacaq. Daha sonra salonda olan şəxslər yerə endirilərək avtobusun daxilində dezinfeksiya işləri aparılacaq".



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...