“Şəhərin nəbzi” - Cabir İmanov yazır

“Şəhərin nəbzi” - Cabir İmanov yazır

"Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycanın əməkdar artisti Cabir İmanov şəxsi Facebook səhifəsində doğma şəhəri Bakı ilə bağlı düşüncələrini paylaşıb.

 

 

Sfera.az insanları düşündürərək güldürməyi bacaran, bütün ruhu və qəlbi ilə Bakıya bağlı olan Cabir bəyin "Şəhərin nəbzi” adı ilə təqdim etdiyi sözügedən yazısını oxucularına təqdim edir:


 

"Mən də Bakıda anadan olmuşam. Gözümü açıb bu şəhərin sakinlərini- adamları, ağacları, binaları, küçələri, maşınları, trolleybus-avtobusları, işıq dirəkləri, parklarını görmüşəm. Hər şey dəyişir. Adamlar da, maşınlarda, yersiz və tam yerində tikilən binalar da. Sovet vaxtının Bakısını da, 90-cı illərin Bakısını da, 2000-ci illərin əvvəlindəki Bakısını da çox yaxşı xatırlayıram. Bu günkü Bakı isə çox xatirələrdə yaşayacaq.

 

Ölkə başçısı bir dəfə öz nitqində, söyləmişdir ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Dedi və elədi. Həqiqətən də qısa bir müddət ərzində inanılmaz işlər görüldü. Bu gün Bakının bütün görkəmi dəyişib, hətta bir neçə yersiz bina da sökülüb. Şəhərimiz tək turistləri yox, bizi də gözəlliyi ilə təəcübləndirdi.”


 

Yazı müəllifi doğma şəhərinə olan sevgisini ifadə edir:


"Hər gün Bakımızda hərəkət edərkən başa düşürəm ki, mən bu cəhətdən də xoşbəxtəm. Xoşbəxtəm ki, Bakıda doğulub, burada yaşayıb, burada işləyirəm. Başqa şəhərdə yox. Ümumiyyətlə, başqa şəhərdə 1 həftədən çox qalanda ürəyim darıxır. Sanki maqnitim olan şəhərim məndən inciyərək məni geri çağırır və yubandığımı mənə maraqlı impulslarla ötürür.”


 

Cabir İmanov öz paylaşımında paytaxtımizn bu gün Avropanın öndə gedən, "düzgün işləyən şəhər nəbzi” ilə diqqət çəkib zövq oxşayan şəhərləri ilə eyni sırada yer aldığını xüsusi qürur hissi ilə qeyd edir:


"Xarici ölkələrdə olarkən, xüsusən də Avropada, hər dəfə bir şeyə fikir verirdim. Düzgün işləyən şəhər nəbzinə. Bu adamların növbədə mədəni surətdə dayanması, hər avtomobilin öz xətti ilə hərəkət etməsi, avtobusların vaxtlı-vaxtında dayanacağa gəlməsi, səkilərdə pandusların olması, ictimai nəqliyyat vasitələrinin yeni olması və tıxacların olmaması üçün hərəkətin düzgün təşkil olunmasıdır. Çox istəyirdim ki, biz də də belə olsun. Və bir gün bu proseslər başladı. Düzdür, müvəqqəti narahatlıqlarla, amma başladı, şəhərin mərkəzi demək olar ki, tam dəyişdi və digər yerlərdə də bu iş hər gün gedir. Bu işlərdə bir neçə qurumun, xüsusən də Bakı Nəqliyyat Agentliyinin zəhməti göz qarşısındadır. Sən demə şəhərin nəbzi məhs bu qurum tərəfindən tənzimlənirmiş. Bir vətəndaş kimi "Çox sağ olun!” deyirəm.

 

Yeni, gözəl, şəhərimizə çox yaraşan avtobusların gətirilməsində, pandusların qoyulmasında, iri avtobus dayanacaqlarının, xüsusən də "20 Yanvar” və "Koroğlu” metrostansiyalarının yanında xablara çevrilməsi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin imkanlarına görə tıxaclarla mübarizədə sadaladığım və daha çox işlərin görülməsi təqdirəlayiqdir.

 

Hərdən mən də fikirləşirdim ki, maşını gül kimi saxlayırdıq da istədiyimiz yerdə, istədiyimiz vaxtda da onu ordan götürürdük. İndi isə... parking, ştraf, daha çox piyada gəzmək məcburiyyəti və s. Məncə belə daha rahatdır. Boş səkilərdə təhlükəsiz gəzmək istəyən də biz, uşaq və əlil arabalarının rahat hərəkət etməsini istəyən də biz, yolların daha genış olmasını istəyən də biz, maşını tıxacsız sürmək istəyən də biz, narazı olan da biz.

 

 

"Parni iz Baku”nun sevilən simalarından olan Cabir İmanov sözügeddən yazıda fikrini həmşəhərlilərinə müraciətlə bitirir:


"Görülən işlər göz önündədir. Gəlin ağa ağ, qaraya qara deyək. Gəlin görülən işləri qoruyaq, və gələcək nəsillərə ötürək. Gəlin şəhərin nəbzini korlamayaq.

Axı bura bizim evimizdir. Evimiz Bakıdır. Şəhərlər gözəli, gözəllər şəhəridir.”


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...