Seçki bülletenlərinin DSK-lara paylanmasına başlanıldı

Seçki bülletenlərinin DSK-lara paylanmasına başlanıldı
Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
Sfera.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, habelə dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində geniş aşkarlıq şəraitində keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, seçki müşahidə missiyaları, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçısı olan subyektlərin prosesi yaxından və birbaşa izləmələri üçün hərtərəfli şərait yaradılıb.

Seçki bülletenlərinin ilk gün - fevralın 2-də Naxçıvan Muxtar Respublikası və ucqar bölgələri əhatə edən ümumilikdə 62 seçki dairəsinə, növbəti gün isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur. Seçki bülletenləri dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilən akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilir.

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsini Daxil İşlər Nazirliyinin müvafiq qurumları təmin edir.

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulan müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonar yanvarın 27-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı yüz) ədəd seçki bülleteni çap olunub. Bülletenlər Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...