Sayt rəhbəri 752 min manat cərimələndi - Foto

Sayt rəhbəri 752 min manat cərimələndi - Foto

İspaniyanın Mədəniyyət, Təhsil və İdman Nazirliyi exvagos.com, exvagos1.com və exvagos2.com saytlarının sahibi Aleks Cayla qarşı inzibati hüquqpozma maddəsi ilə mülki iş qaldırmağa qərar verib.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, ona qarşı tətbiq edilən sanksiya xarakterli inzibati prosedur əqli mülkiyyət hüquqlarının pozulması, piratlıq və müəllif hüquqlarının pozulması maddələrini ehtiva edir.  Bu 400 min avro məbləğində cərimə, habelə saytların fəaliyyətinin dərhal dayandırılmasını nəzərdə tutur.

Aleks Caylın internet saytları istifadəçilərə qanunsuz olaraq çox böyük həcmli kontent təklif edirlər. Hazırda bu kontentə 760 mindən çox material – 194 min elektron kitab, 180 min film, 92 min musiqi əsəri, 30 min videooyun daxildir. İnternet saytlarının üç milyon qeydiyyatdan keçmiş istifadəçisi var. Bu saytların özünəməxsusluğu ondan ibarətdir ki, onlar pirat materialların identifikasiyası üzrə avtomatlaşmış sistemin fəaliyyətinin qarşısını alaraq öz kontentini gizlədə bilir və bunun üçün xüsusi idarəetmə vasitələrindən istifadə edirdilər. Saytlarda "YouTube” şəbəkəsindən yerləşdirilən videoları aşkar etmək çox çətin olub və bir çox hallarda onların sahibi əsl məqsədini gizlədə bilib.

Qeyd olunur ki, exvagos.com saytının sahibi ölkənin Mədəniyyət, Təhsil və İdman Nazirliyinin tələbləri qarşısında məsuliyyətdən yayınmaq bacarığı ilə öyünürmüş.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...