“Saxta vaksinasiya sənədini o şəxslər almağa çalışır ki...” - İnfeksionist

“Saxta vaksinasiya sənədini o şəxslər almağa çalışır ki...” - İnfeksionist
"Bu, bəzi insanların vaksinasiyaya olan inamsızlığından qaynaqlanır və saxta peyvənd sənədi almaq istəyənlər əsasən proseslə bağlı məlumatsız olanlardır”.

Bu sözləri Sfera.az-a açıqlamasında bəzi şəxslərin peyvənd olunmaqdan yayınaraq, saxta vaksinasiya sənədi almağa meyl etməsinin səbəblərindən danışarkən, tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə deyib:
 
"Bir qrup insan vaksinlərin qısa zamanda hazırlanmasını əsas gətirərək onun keyfiyyətinə və effektivliyinə inanmır. Məhz inamın olmamasının nəticəsidir ki, bəzi insanlar peyvənd olunmaq istəmir və saxta peyvəndləmə sənədi alırlar. Ancaq bu cür düşünən insanlar elə də çox deyil”.
 
Ekspert hesab edir ki, düşyagörüşlü və məlumatlı şəxslərin mütləq əksəriyyəti peyvəndi virusdan xilas olmağın yeganə çıxış yolu sayaraq vaksinasiyadan keçir:  "Tibb işçilərinin demək olar ki, hamısı vaksinasiyadan keçib.  Peyvənd olunmaq istəməyən və neqativ yollarla saxta peyvənd sənədi almağa çalışanların əksəriyyəti məhz koronavirus barədə ümumi anlayışı olmayan dar təfəkkürlü insanlardır”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...