“Salaam Cinema Baku” binası ilə bağlı mühüm qərar

“Salaam Cinema Baku” binası ilə bağlı mühüm qərar

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. 

Baş Nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, 2 tikili  "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın "Memarlıq abidələri” bölməsinə əlavə edilib. Onlardan biri 1913-cü ildə tikilmiş, S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən ibadət evi, digəri isə R.Rza küçəsi 34 ilə H.Aslanov küçəsinin kəsişməsində yerləşən məsciddir. 

 

Mədəniyyət Nazirliyinə qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Qeyd edək ki, S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən bina "Malakanların evi” kimi tanınır və özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.
 

OXŞAR XƏBƏRLƏR

Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır?

 Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır? Azərbaycanda 2018-ci illə müqayisədə 2019-cu ildə yol nəqliyyat ha...

SON DƏQİQƏ! Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

 İmişli Rayon Mərkəzi Poçt Şöbəsinin rəisi Adəm Səfərov koronavirusa yoluxub. Sfera.az xəbər verir ki, onun COVID-19 testinin nəticəsi müsbət olub. ...

“Kontakt Home” marketinq meneceri axtarır

 "Kontakt Home”nin marketinq komandası böyüyür.   Sfera.az xəbər verirki, şirkət böyük, peşəkar, mehriban şirkətə marketinq layihələri üzr...

Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir - FOTOLAR

 Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəal...

Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

 İyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Milli Hidrometeorologiya Xi...

Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - VİDEO

 Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib. Sfera.az Xezerxeber.az...