Şahzadə Filipin dəfn tarixi məlum oldu

Şahzadə Filipin dəfn tarixi məlum oldu

İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı, dünən dünyasını dəyişən Edinburq Hersoqu, Şahzadə Filipin dəfn tarixi məlum olub.

Sfera.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə Bukinhem sarayı məlumat yayıb.

Qeyd edilir ki, Şahzadə Filip aprelin 17-də dəfn ediləcək. Mərasim qapalı olacaq, ictimaiyyət nümayəndələri dəfnə buraxılmayacaq.

Xatırladaq ki, daha əvvəl "The Mirror” Filipin son istəyi kimi dəfninin təmtəraqla keçirmək istəməməsi barədə məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR