Sahibkarlar cəmi iki günə virtual POS terminal əldə edə bilər

Sahibkarlar cəmi iki günə virtual POS terminal əldə edə bilər
 

Bir çox innovativ bankçılıq texnologiyalarını ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı öz ənənəsini davam etdirir. Bank ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə, elektron ticarətin sürətli inkişafına böyük kömək göstərəcək daha bir innovativ imkanı müştərilərə və tərəfdaşlara təqdim edib. Bank virtual POS terminal funksiyasını yerinə yetirən IBA Link xidmətini istifadəyə verib.

Fins.az xəbər verir ki, bu xidmət müştəriyə Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları olan alış-veriş və xidmət məkanlarından istədiyi məhsulu, xidməti onlayn qaydada sifariş vermək və ödənişi IBA Link üzərindən həyata keçirmək imkanı verir. Belə ki, müştəri onlayn sifarişini həyata keçirdikdən sonra saytdakı IBA Link bölməsinə daxil olaraq ödənişi kartla aparır. Yaxud ödənişin linkini müştəriyə mağaza özü də göndərə bilər. Linki bütün kommunikasiya kanalları, o cümlədən, WhatsApp, SMS, elektron məktub və s. vasitəsilə göndərmək mümkündür.

IBA Link 24/7 rejimində çalışır. Bankın tərəfdaşları bu xidmətə istənilən zaman qoşula bilərlər. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı da tələb olunmur. Müştəri ödənişi həyata keçirərkən mağazaya bu barədə anında məlumat daxil olur. IBA Linkdən bütün satış və xidmət məntəqələri faydalana bilər. Xidmətə buradan qoşulmaq mümkündür.

Qeyd edək ki, indiyə qədər virtual POS terminalın əldə edilməsi sahibkarın banka müraciətindən sonra uzun müddət çəkirdi. İndi isə sahibkar maksimum 2 gün müddətinə virtual POS terminalı əldə edə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...