Logo

2 yaşa kimi uşaqlara şirin yoğurt və şirələr verməyin - ALİMLƏR

2 yaşa kimi uşaqlara şirin yoğurt və şirələr verməyin - ALİMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sağlam qidalanmağın əsasları hələ körpəlikdən qoyulur.

Sfera.az medicina.az-a istinadən bildirir ki, ABŞ nutrioloqları uşaq xəstəliklərinin profilaktikası məqsədilə 2 yaşa kimi körpələrə şirin yoğurt və meyvə şirələri verməyi tövsiyə etmir.

Elmi işin müəllifləri 1000 uşağın qidalanmasını 6 aydan 2 yaşa kimi analiz edib.

Məlum olub ki, 6 aylıqdan 11 aya kimi körpələr hər gün 1-2 çay qaşığı dozasında şəkər qəbul edir. 1 yaşdan 2 yaşa kimi uşaqlar isə 5-6 qaşıq şəkər alır.
Bu miqdarda şəkər onların orqanizminə şirin qidalar, yoğurt, meyvə püre və şirələri ilə daxil olur. Peçenye, vafli, konfetlər də bura aiddir.

2 yaşına kimi rasionunda normadan artıq şəkər olan uşaqlarda sonradan astma, piylənmə, kariyes, təzyiq, diabet, hormonal pozulmalar qeydə alınır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR