Həkimlər burun formasını belə dəyişirlər - VİDEO

Həkimlər burun formasını belə dəyişirlər - VİDEO
Bununun ölçülərinin və formasının korreksiyasına yönəlmiş cərrahiyyə əməliyyatı «rinoplastika» adlandırılır.
 
Rinoplastika ən mürəkkəb plastik əməliyyatlardan biri sayılır. Burunun əyri, qeyri-proporsional (çox böyük, enli və s.) olması, burun donqarı, burun çəpərinin əyriliyi, burun travmaları və anadangəlmə patologiyaları rinoplastika üçün göstəriş sayılır.
 
Rinoplastika əməliyyatı üçün müəyyən əks-göstərişlər var: bəzi ürək xəstəlikləri, şəkərli diabet, onkoloji proseslər, böyrək və qara ciyər patologiyaları, qanın laxtalanmasının pozulmaları, əməliyyat sahəsində olan iltihablar və s. Üz skeleti (və o cümlədən burun) 18 yaşına kimi tam formalaşır. Bu səbəbdən bu yaşa kimi rinoplastika yalnız istisna hallarda həyata keçirilə bilər (məsələn, çəpər əyriliyi səbəbindən burun nəfəsalması ciddi pozulduqda, bəzi anadangəlmə patologiyaları zamanı və s.).
 
Əməliyyat ümumi narkoz vasitəsilə həyata keçirilir. Əməliyyat açıq və qapalı üsulla həyata keçirilə bilər.Açıq əməliyyat zamanı burun yollarını ayıran dəridə kəsik aparılır,  burunun dərisi tam qaldırılır. Əməliyyatdan sonra dəri öz yerinə qaytarılır və kəsik tikilir. Qapalı əməliyyat zamanı kəsiklər yalnız burunun içərisində selikli qişada aparılır. Lakin bu halda həkim «kor-korana» işləməyə məcbur olur.
 
Qapalı əməliyyatdan sonra reabilitasiya dövrü açıq əməliyyatla müqayisədə daha qısadır. Hər bir konkret halda əməliyyatın üsulunu əməliyyatın məqsədindən və s. amillərdən asılı olaraq həkim seçir.
 
Əməliyyatdan sonra buruna qips sarğısı qoyulur. Sarğı təxminən 1-2 həftədən sonra çıxarılır.
 
Əməliyyatdan sonra üzdə müəyyən müddət ərzində şişkinlik və göyərmələr qalır. Bu normal haldır və bundan qorxmaq lazım deyil.
 
Əməliyyatdan sonra 2 həftə ərzində fiziki və digər sosial aktivlik əks-göstərişdir. Çox soyuq və isti qadaları qəbul etmək, eynək taxmaq olmaz və s. (ətraflı məlumat həkim verməlidir).
 
Bütün digər əməliyyatlarda olduğu kimi bu əməliyyatın da müəyyən riskləri və yanaşı təsirləri mövcuddur. Belə ki, rinoplastikadan sonra güclü qanaxma, irinləmə, sepsis mümkündür. Yanaşı təsirlərin arasında: iybilmənin tam və ya qismən itməsi, nəfəsalmanın pisləşməsi, burun çəpərinin əyriliyi, bitişmələr, iltihablar və s. Bəzən təzə burunun forması pasienti qane etməyə bilər.
 
Bu səbəbdən yalnız müasir kosmetoloji klinikalara və ixtisaslaşmış təcrübəli mütəxəssislərə müraciət edin.
 
(Saglamolun.az)

OXŞAR XƏBƏRLƏR

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...