Boğaz ağrısı zamanı nə etməli?

Boğaz ağrısı zamanı nə etməli?

Udqunan zamanı olan boğaz ağrısı ilə əksəriyyətimiz tanışıq. Çox vaxt bu simptom bizi soyuqluqlama zamanı müşayiət edir. Biz cızılma, yanma, qıcıqlanma, göynəmə, "yad cisim" hissiyatını hiss edirik.

Boğaz ağrısının səbəbləri. Çox vaxt boğaz ağrısı, burun-udlaq və qırtlağın iltihabi xəstəliklərinə (faringit, laringit, tonzillit və ya angina) səbəb olan virus, bakterial və ya göbələk infeksiyasının əlamətləridir. Boğazın bakteriya və viruslarla yoluxmasına səbəb olan amillər bunlar ola bilər: soyuqlama, quru hava, tənəffüs yollarının qıcıqlandıran maddələrin təsirinə məruz qalması, soyuq içkilərin istifadəsi, travmalar (məsələn, boğazın balıq sümüyü ilə zədələnməsi), bədənin ümumi müqavimətinin azalması (xroniki xəstəliklər, stress zamanı).

Həmçinin, boğaz ağrısı digər səbəblərdən də meydana çıxa bilər: allergiya (çiçəklərin tozcuğu, toz, kif, ev heyvanlarının kəpəklərinə), həddindən artıq quru, qapalı havaya spesifik reaksiya, müxtəlif qıcıqlandırıcılar, həzm pozğunluqları və s.

Boğaz ağrısını profilaktikası. Boğaz ağrısına səbəb ola biləcək xəstəliklərin, o cümlədən udma zamanı xəstəliklərin qarşısının alınması daxildir: spirtli içki və siqaretdən imtina etmək, soyuqdan uzaq olmaq, ümumi immuniteti gücləndirmək, şəxsi və ümumi gigiyena qaydalarına əməl etmək, boğaz ağrısına səbəb ola biləcək digər xəstəliklərin müalicəsini etdirmək (sinusit, karies, otit).

Boğaz ağrısının müalicəsi üsulları. Xəstəlik zamanı ədviyyatlardan qaçın - boğazı qıcıqlandırırlar. Yediyiniz hər bir şey ilıq olmalıdır - soyuq və ya çox isti temperatur zədələnmiş selikli qişanı qıcıqlandırır. Vaxtında başlanan ağız yaxalamaları xəstəliyin daha da ağırlaşmasına mane ola bilər. Müalicəvi sorma həblərdən istifadə edin. Sorma və çeynəmə zamanı çox miqdarda tüpürcək ifraz olunur ki, bu da antiseptik və müalicəvi xüsusiyyətlərə malikdir.(milli.az)


OXŞAR XƏBƏRLƏR

İtlərin böyütdüyü Oksana Malayanın qeyri-adi hekayəsi - FOTO

Bəzi uşaqlar yalnız itləri təqlid etməklə əylənirlər. Lakin Oksana Malaya üçün bu, oyun deyil, sağ qalma yolu idi. Ailəsi tərəfindən baxımsız qalan bu kiçik qız...

40 il sivilizasiyadan kənar qalmış Lıkovlar ailəsinin şok hekayəsi

1978-ci ilin yayında Rusiyada Cənubi Sibir meşələrində mineral kəşfiyyat ekspedisiyası alimləri heyrətə gətirib.   Sfera.az bu yazıda sizə 40 il sivi...

Prezident 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.   Sfera.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərba...

Emin qızları ilə görüntülərini paylaşdı -VİDEO

Xalq artisti Emin Ağalarov qızları Əminə və Alyona ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, sənətçi onlarla görüntülərini izləyicilər...

Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI

Paytaxtda maşınla qəsdən adam vuranlar saxlanılıblar.   Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Rövşən Hüseynov küçəsində...