Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
Qədimdən bu süddən müxtəlif müalicələrdə istifadə edilir.
Sfera.az medicina.az-a istinadən artıq çoxlarının unutduğu və çoxlarının da bilmədiyi əncirin südünün hansı problemlərdə faydalı olmasını təqdim edir.
Bu süd içilməkdən daha çox xaricə, dəriyə çəkilir.
-Əncir südü sızanaq, civzə, çiban, ləkə, yaralarda üz və bədən dərisinə çəkilir
-Dərinin daha sıx, gənc qırışsız olunması üçün bu süd tonik və maska kimi istifadə olunur
-Əqrəb, hörümçək, zəhərli böcək, arı dişləməsində həmin hissəyə çəkilir
-Diş əti yaraları, stomatit, damaqda ağıza çəkilir və qarqara olunur
-Böyrək daşı və qumunu tökür
-İmmuniteti gücləndirir
-Xərçəngə qarşı təsirlidir, xüsusən dəri, ağız xərçəngi
-Barmaqda çıxan furunkulu, irinli dolama yaralarında əncir südü qoyulduqda, yaranı açır, təmizləyir, şişi, irini çəkir
-Əllərin qocalmasına qarşı əllərə sürtülə bilər
-Ziyil və papilomaların ( ət xalların) qənimidir. Müntəzəm çəkib bintlədikdə, qurudub tökür
-Gözdə katarakta xəstəliyində əncirin südü təmiz balla qarışdırılıb, sürmə kimi gözlərə çəkilərsə, katarakta gedir.
-Qulaq ağrısı qurdlar, parazitlər səbəbindən olursa, qulağa damcıladıb, ətrafına çəkildikdə, qurdu öldürür.






