Cəzaçəkmə müəssəsində “açıq qapı” günü keçirilib

Cəzaçəkmə müəssəsində “açıq qapı” günü keçirilib
 

Tibb baş idarəsinin təşəbbüsü ilə Novruz Bayramı ərəfəsində Tibb-sanitar hissəsinin iş planına əsasən14.03.2019cu il tarixdə 4 saylı cəzaçəkmə müəssəsində "açıq qapı” günü keçirilmişdir.


Yüksək səviyyədə baş tutan tədbirə bir çox həkim-mütəxəssislər dəvət olunmuşdur. Tədbir Nərminə Tayız’ın təşkilatı dəstəyi ilə həyata keçirilmişdir. Məhbus qadınlar tibbi maariflənməsi və bir sıra xəstəliklərin profilaktikası məqsədilə onkoloq-mammoloq, ginekoloq və psixoloq tərəfindən keçirilmiş seminarda onları daha çox maraqlandıran mövzularda: süd vəzi, ginekoloji və digər xəstəliklər haqqında faydalı məlumatlar səsləndirilmiş, onların sualları cavablandırılmışdır. Eyni zamanda səhhəti ilə bağlı şikayəti olan bəzi məhkumların daxili orqanların ultrasəs müayinəsi həyata keçirilmişdir. Tədbirin sonunda dəmir barmaqlar arasında yaşayan qadınlar mütəxəssislər tərəfindən müayinə edilmiş, tibbi tövsiyələr verilmiş, müvafiq müalicə təyinatları yazılmışdır. Müəssisənin inzibatı rəhbərliyi və tibb işçiləri tədbirdə fəal iştirak etmiş, tədbirin uğurla başa çatması üçün hər cür şərait yaradılmışdır.

 

 

Sonda məhbus qadınlar dövlətimizin onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkkürlərini bildirmişlər.


OXŞAR XƏBƏRLƏR

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...

Kəmaləddin Heydərov Aqil Ağayevi işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.   Sfera.az "qaynarin...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...