Şagirdlərin gözünü zəiflədən təhlükə

Şagirdlərin gözünü zəiflədən təhlükə
Son vaxtlar işığa qənaət etmək məqsədilə  "qənaətli” ağ işıq lampalarından istifadə halları artıb. Bu lampalara  kütləvi şəkildə keçid şagirdlərin gözünə də  mənfi təsir edir.

Məktəbyaşlı uşaqların gözlərində yaranan quru göz sindromu, uzaq görmənin pozulması, görmə zəfliyi kimi problemlərin səbəbləri barədə xeyli fikirlər səslənir.

Bu barədə danışan oftalmoloq həkim Sevinc Babayeva məktəblərdə və evdə işıqlandırma qaydalarının pozulmasının fəsadlarından danışdı.

"Görmə zəiflikləri içərisində qazanılmış uzaqgörmə zəifliyi xüsusən məktəbyaşlı uşaqlarda və gənclərdə çox aşkarlanır. Əsasən yorğunluqdan, dərs yükündən, yaxına baxmaqdan, telefona, kompüterə çox baxmaqdan, işdən, dərsdən sonra yarıqaranlıq evdə, otaqda uzanılı vəziyyətdə qalmaqdan, yatanda da telefona baxmaqdan yaranır.

Onsuz da dərs yükü ağır olan uşaqlar məktəbdə saatlarla sinifdə oturaq, beli, boynu əyilmiş vəziyyətdə qalır, tənəffüsdə həyətə çıxmırlar, evdə də eyni şərait.

Hazırda bağçalarda, məktəblərdə, evlərdə "led lampalar”-dan, qənaətli elektrik lampalarından istifadə olunur. O da ətrafa ağ işıq yayır. Bu işıqlar isə göz dibini qıcıqlandırır.

Eləcə də plastik qapı-pəncərə sinifdə havasızlıq yaradır. 30-40 uşağın olduğu otaqda nə havalandırma, nə işıq texniki baxımdan düzgün olmadığından məktəbə gedən uşaqların demək olar, yarıdan çoxunda 2 aydan sonra gözdə zəiflik problemləri başlayır.

Göz beynin bir hissəsidir. Beyin yorulur, hava almır, gözə işıq bucağı düzgün düşmürsə, artıq görmə zəifləyir”.

Bəs valideynlər bu problemlərin qarşısını necə almalıdır? Məktəbdə lapmaları dəyişmək mümkün deyil, evdə nələr edə bilərlər?

"Valideynlər heç olmasa uşağın yatdığı, dərs hazırladığı otaqda qənaətli "ağ” işıq lampaları yox, adi, sarı işıq yayan, düzgün bucaqda işıq yönləndirən stolustu lampadan istifadə etsinlər, plastik pəncərə qoymasınlar, otağın havalandırılmasına fikir versinlər.

Uşaq gün ərzində açıq havada müəyyən müddət gəzsin, oynasın. Maksimum uzağa baxma məşqləri etdirsinlər. Dar sinif və otaqlar uşağın normal göz inkişafına birbaşa zərbədir. İndi uşaqlar hara gedirlər internet axtarırlar. Uşaqlar başını qaldırıb heç ətrafa belə baxmır.

Yatan zaman uşağın telefona baxmamasına çalışsınlar. Masa arxasında düzgün əyləşməsini təlqin etsinlər. Onurğanın, boynun vəziyyətinə baxsınlar”.

Həkim hazırda sağlam gözü və 100% görməsi olan məktəbliyə nadir halda rast gəldiyini bildirir. Bu isə genofondumuz və gələcəyimiz üçün çox təhükəli məqamdır./ medicina.az

OXŞAR XƏBƏRLƏR

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...