Saçları hər gün yumaq olarmı?
Sağlıq
15:17 / 02.02.2019
4766
Əvvəllər belə hesab olunurdu ki, saçları həftədə 1 dəfə yumaq olar, bundan tez yox.
Lakin hazırda trixoloqlar saçları müəyyən fasilələrlə deyil, çirkləndikcə yumağı tövsiyə edirlər.
Yağlı saçlar daha tez-tez çirklənir ki, onları bəzən hər gün yumaq lazım olur.
Saglamolun.az xəbər verir ki, trixoloqların fikrinə görə, bu problem deyil. Əksinə saçların uzun müddət ərzində çirkli qalması onların sağlamlığına gündəlik yuyulmaqdan daha mənfi təsir edir.
Saçların yağlılığını azaltmaq üçün onları isti su ilə deyil, ilıq su ilə yuyun və sonda alma sirkəsi (2 l su + 2 x.q. alma sirkəsi) və ya gicitkən, çobanyastığı dəmləməsi ilə yaxalayın.