Bu ölkələrdən gətirilən darçınlar təhlükəlidir — Daxili qanaxma, beyinə qan sızma...

Bu ölkələrdən gətirilən darçınlar təhlükəlidir — Daxili qanaxma, beyinə qan sızma...
Həkimlər qış aylarında daha çox istifadə edilən darçın ədviyyatının həddən artıq istifadəsinin bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyini açıqlayıblar. Belə ki, bu bitkinin tərkibində olan "kumarin” maddəsi qanı durulaşdırdığı üçün beyinə qan sızmasına səbəb ola bilər.
 

Sfera.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər insanları şirniyyat və içkilərin tərkibinə vurulan darçının həddən artıq istifadəsində diqqətli olmağa çağırıblar. 

Belə ki, darçın ədviyyasını əldə etmək üçün onun üst qabıqları soyulur və qurudulur. Quruduqdan sonra içində olan incə təbəqə çıxarılır. Bu cür hazırlanan darçında kumarin maddəsinin miqdarı çox azdır. Ancaq Vyetnamdan və İndoneziyadan gətirilən ucuz darçın qurusu isə ağacın mantar təbəqəsindən hazırlanır. Bu cür qabıq burulmur, çox ətirlidir, amma hər qramında 6.8 mqr kumarin maddəsi olur. Məhz bu maddə də qanı durulaşdıraraq daxili qanaxmalara və hətta beyinə qan sızmasına gətirib çıxara bilər. Buna görə də darçın alarkən onun ətirli olmasına deyil, nazik, yaxşı burulmuş olmasına və qiymətinə diqqət yetirin. Əks halda "ucuzdur” deyə alıb istifadə etdiyiniz darçın sizin sağlamlığınızı itirməyinizə səbəb ola bilər. 
Qeyd: Azərbaycanda da xarici ölkələrdən gətirilmiş ucuz və keyfiyyətsiz darçın ədviyyatına rast gəlmək mümkündür.  Bu səbəbdən ucuzluğuna aldanıb, almayın.

Məlumat üçün bildirək ki, "Cinnamomum Ceylanici” ağacı qabıqlarından əldə edilən darçın daha incə ətrə və dada malik olur. Bu darçının 1 qramında 0.1 mqr kumarin maddəsi olur. Bu səbəbdən də hətta çox miqdarda istifadə edildikdə belə sağlamlıq üçün heç bir ziyanı yoxdur. Bu darçından uşaqlar və yetkin insanlar rahatlıqla istifadə edə bilərlər. 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...