Bayram günlərində yığdığımız kiloları necə ataq? - 3-günlük pəhriz
Nəticədə bayramlar qurtaranda sevimli şalvar və ya ətəyimiz əynimizə xeyli dar olur.
Bayram günlərində yığdığımız artıq kilolardan azad olmaq üçün sizə çox sadə 3-günlük pəhriz təqdim edirik.
Sfera.az saglamolun.az-a istinadən bildirir ki, bu pəhriz həmçinin orqanizmi yığılmış toksinlər, şlaklar və artıq mayedən azad edir.
Pəhrizin əsas qaydaları:
- Səhər yeməyindən yarım saat əvvəl 1 x.q təbii alma sirkəsi əlavə olunmuş 1 stəkan ilıq su için. Bu mübadilə proseslərini stimullaşdırır.
- Səhər yeməyi: yulaf yarması sıyığı (yağsız və şəkərsiz), 1 alma, 1 fincan yaşıl çay.
- Nahar: 1 tikə bişmiş ət və ya toyuq, göyərti ilə tərəvəz salatı, 1 stəkan itburnu dəmləməsi.
- Şam yeməyi: sobada və ya buxarda bişirlmiş tərəvəzlər (yağsız), kəsmik (şəkərsiz), 1 stəkan itburnu dəmləməsi.
Şam yeməyindən 1 saat sonra 1 fincan zəncəfilli çay için.
Gün ərzində 2 l maye qəbul edin. Bu adi su, itburnu dəmləməsi, yaşıl çay, çobanyastığı çayı ola bilər.






