Hindistan istehsalı olan peyvəndləri uşaqlara vurdurmaq olarmı? - Pediatrdan peyvəndlə bağlı suallara CAVAB

Hindistan istehsalı olan peyvəndləri uşaqlara vurdurmaq olarmı? - Pediatrdan peyvəndlə bağlı suallara CAVAB
Bu gün valideynləri ən çox narahat edən mövzulardan biri də peyvənddir. Xüsusən də peyvəndin harada edilməsi ən çox verilən suallardandır: Övladımızı özəl klinikada peyvənd edək, yoxsa dövlət xəstəxanaları və ya polikinikalarında?

Pediatr Aytən İsmayılzadə Sfera.az-a açıqlamasında bu haqda danışıb.
 
O bildirib ki, mütəmadi olaraq valideynlər tərəfindən ona bu cür suallar verilir: 

"Bu gün valideynləri ən çox narahat edən suallardan biri də budur ki, poliklinikada peyvənd edək, yoxsa özəl xəstəxanada.Bu iki müqayisə kənddə böyüyənlə şəhərdə böyüyənin müqayisəsinə bənzəyir. Adı özəl, özü gözəl olan bir klinikada vaxtından 6 ay keçmiş və heç də bütün komponentləri olmayan preyvəndin uşağa vurulduğunun şahidi olmuşam. Özü də lap yaxşı tanıdığımız həkim tərəfindən belə bir addımın atıldığını görmüşəm. Poliklinikada vurulan Hindistan istehsalı olan peyvəndi inək əti yediyinə görə qonşusunu daşqalaq edən hindli istehsal etmir. Onun da istehsal texnologiyası və xammalı digərləri kimidir. Zavod məkan olaraq orada yerləşir və yerli işçi qüvvəsindən istifadə edilir. Peyvənddən yaranan hərarət və s.yaxşıdır. Bu əlamətlər uşağa vurulan iynənin ən azından su olmadığını, immuniteti oyadan bir şey olduğunu göstərir. Özünüz də istədiyiniz ölkə istehsalı olan peyvəndi daha ucuz əldə edib vurdura bilərsiz.  Bu halda yalnız soyuq zəncirə əməl etməli olacaqsız”.

Pediatr bildirib ki, hər an hər şey ola bilər. Bu isə o demək deyil ki, baş verən hər hansı hadisə mütləq peyvənddən qaynaqlanır: 

"Öz uşaqlarımın da peyvəndini dövlət poliklinikasında heç istehsalçı ölkəsinə baxmadan, vaxtında etdirmişəm. Baş verən hər hansı hadisəni peyvəndlə əlaqələndirmək sadəcə olaraq məntiqsizlikdir”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Saatlı şəhər...

Məşhur cütlüyün uşağı öldü - FOTO

Türkiyənin məşhur bloger cütlüyü Seda və Nisan Özkanın övladı tələf olub.   Sfera.az xəbər verir ki, bu barədə onlar özləri məlumat yayıb.   ...

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola salındı

Bu gün Şuşa və Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.   Sfera.az xəbər verir ki, Şuşa, Xocalı şəhərlərinə ...

Prezident İlham Əliyev Kayrat Sarıbayı QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı ...

Tanzaniyada səkkiz nəfər qızdırmadan ÖLDÜ

Tanzaniyada Marburq qızdırmasına yoluxmuş doqquz nəfərdən səkkizi ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ümumdüny...

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi En...