Mayın 17-də QASIRĞA OLACAQ: 150 milyon kilometrdə...

Mayın 17-də QASIRĞA OLACAQ: 150 milyon kilometrdə...
Mayın 17-də Yer kürəsində G2 sinfinə aid geomaqnit qasırğasının olacağı gözlənilir. Mayın 18-də isə geomaqnit həyəcanlaşması artacaq.

Sfera.az bildirir ki, proqnozlaşdırılan geomaqnit qasırğası barədə Publika.az-a məlumat verən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından direktoru Namiq Cəlilov hazırkı müşahidələrə əsasən Günəşdə vəziyyətin stabil olduğunu bildirib:

"Hazırda Günəşdə heç bir alışma yoxdur, mayın 6-da güclü geomaqnit qasırğası olub. Qasırğa G2 səviyyəsində, KP indeksi 6 idi. Bu kifayət qədər güclü hesab edilir. Mayın 7-də qasırğa G1 səviyyəsində olub.

Yaxın günlərdə Günəşdə tam sakitlik olacaq. Tacda alışmalar müşahidə edilmir, bir neçə yerdə kiçik qızartılar var, onlar da zəifdir. Hazırda Günəş aktivliyinin minimumundayıq. Yaxın 3-4 gün ərzində heç bir aktivlik proqnozlaşdırılmır. Mayın 17- 18-i arasında isə Günəşdə aktivlik G2 səviyyəsində olacaq. Bu hazırda proqnoz şəklində göstərilib. Onun nə qədər özünü doğruldacağını zaman göstərəcək. Çünki Günəş səthindən maddə atılır, 150 milyon kilometrdə o səpilə, dağıla bilər, eyni zamanda bir nöqtəyə toplana bilər. İndidən proqnoz vermək çətindir, sadəcə geomaqnit qasırğa olacağı ehtimalını deyə bilərik”.

N.Cəlilov onu da vurğulayıb ki, Günəşdə qasırğanın maksimum səviyyəsi G5-dir. G2 zəif olmasa da, çox da güclü hesab edilmir:
"Mayın 6-da G2 səviyyəsində qasırğa olub, lakin əksəriyyət onu hiss etməyib. Qasırğanın davametmə müddəti nə qədər az olsa, o qədər də az hiss olunur. Uzun müddət davam edəndə isə insanlar halsızlıq, baş ağrısı səbəb olur, qan təzyiqinə təsir edir. Qasırğa günlərlə davam edəndə təsiri daha çox hiss olunur. Bu dəfə də aktivliyin uzun müddət davam etməyəcəyi güman edilir. G2 peyklərin işinə təsir edəcək, ya da Yerdə insanların səhhətində ciddi problem yaradacaq səviyyə deyil. Ötən il payızda G3 səviyyəsi qeydə alınmışdı, yalnız xroniki xəstəlikləri olanlar başağrıları hiss etmişdi. Ən maksimum G5 isə sonuncu dəfə ötən əsrdə qeydə salınıb”.

Direktorun sözlərinə görə, iyun ayının 2-də də G1 səviyyəsində aktivlik olacaq:
"O da zəifdir. Mayın 17-si və iyunun 2-nə hələ çox vaxt var. Ola bilər ki, indidən verilən proqnoz özünü doğrultmasın”.
 

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...