Hər 8 saniyədə bir nəfəri öldürür

Hər 8 saniyədə bir nəfəri öldürür
İnsanlar hələ gənclik yaşlarından başladıqları siqaretə adi həvəs kimi baxırlar. Bəs onun ziyanları haqqında nə bilirik?

Sfera..Az axşam.az-a istinadən bildirir ki, gənclik illərindən başlanan bu zərərli vərdiş öz ziyanını müəyyən yaş həddinə çatdıqda göstərir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər 8 saniyədə siqaretə görə bir insan dünyasını dəyişir. 

Günümüzdə əksər insanların istifadə etdiyi siqaretin tüstüsündə isə kimyəvi maddələr, zəhərli qazlar var. Buna görə də bu alışqanlıq təkcə istifadəçisi ilə yanaşı ətrafdakı insanlara da ziyan vurur. Statistikaya əsasən son bir ildə 5 milyon siqaret istifadəçisi həyatını itirib. 

Deyilənə görə, 2020-ci ilə qədər dünyadakı ölümlərin 12 faizinə tütün səbəb olacaq. 2025-ci ildə isə bu rəqəm 10 milyona çatacaq. Ağciyər xərçənginin yaranmasına ən böyük səbəb də elə siqaretdir. Belə ki, tütün və tütün məhsullarının tərkibində xərçəng yaradan maddələr olur və uzun müddət istifadə nəticəsində nəfəsalma problemləri meydana gəlir. 

Siqareti tərgitmək ilk üç gündə çətin olur. Bundan sonrakı vaxt ərzində isə siqaret olan ortamlardan uzaq olmaq, saqqızdan və çərəzlərdən istifadə etmək sağlam həyatınızın başlanğıcı ola bilər.
 

OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...