Azərbaycanda insanların boyu niyə qısadır? - Tədbir görülməsə...

Azərbaycanda insanların boyu niyə qısadır? -  Tədbir görülməsə...
Hələ e.ə arxeoloji qazıntılar nəticəsində aşkarlanan skeletlər o dövrdə insanların daha hündürboylu olmasını deməyə əsas verir. Lakin əsrlər ötdükcə insanların boyunda qısalma müşahidə edilib. Xüsusən də? Cənubi Qafqaz ölkələrində bu problemi müşahidə etmək mümkündür. 
İnsanlar niyə cılızlaşır, buna səbəb olan amillər hansılardır?

Respublika Endokrinologiya Mərkəzi endokrinoloqu Nərmin İsmayılova Sfera.az-a açıqlamasında bu haqda danışıb:

"Bir neçə amil boy qısalığına səbəb olur. Patoloji boy qısalığı boyartma ilə əlaqədar hormonların çatışmazlığından yaranır. Bu xəstəlik nanizm adlanır. Belə şəxslərdə boy 1.50 metrdən aşağı olur”. 

Ekspert bildirib ki, bundan əlavə qidalanma da boy artımına təsir edən amillərdən biridir: "Qidalanmanın yaxşı olmaması, tərkibi bəlli olmayan süni qidalar insanların sağlamlığı üçün zərərlidir. Bu cür qidalar boy hormonlarına təsir edir”. 

Lakin irsi amilin də buradakı rolu danılmazdır: "Ata, yaxud da ananın boyu qısadırsa, gələcək nəsildə də bunu görmək mümkün olar”. 

Ekspertin sözlərinə görə, hormon çatışmazlığı da boy qısalığına təsir edən amillərdəndir:

"Məsələn, qalxanvari vəzi xəstələrində inkişaf düzgün getmədikdə boy qısalığı  problemi yaranır. Bu problem vaxtında aşkarlanmadıqda boyartırmaq üçün edilən cəhdlər, müalicələr də nəticə vermir. Lakin peyvəndlərin insanlarda boy qısalığı yaradacağını, buna təsir edəcəyini zənn etmək olmaz”.

Qeyd edək ki, boyunun artmamasından əziyyət çəkən şəxslər bu gün cırtdan insanlar adlanır. Vaxtında müdaixlə olarsa, bu xəstəliyin qarşısını almaq mümkün olar. Tibb də sübut edir ki, insanın boyu onun orqanizmindəki boy hormonunun miqdarından asılıdır. Cırtdanboyluluq hipofiz vəzi kifayət qədər samototrop hormonu ifraz etməyəndə əmələ gəlir. Bu gün yediyimiz qidalar, xüsusən də "fastfood”lar insanlada bu cür xəstəliklər yaradaraq hormonlara təsir edir. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...