Toz-dumanlı hava sizi xəstə edə bilər - Qorunmaq üçün nə etməli?
Ərəbistan yarımadasından gələn bu toz kütləsi isə insanların səhhəti üçün kifayət qədər zərərlidir.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Sfera.az-a açıqlamasında bildirib ki, belə hava şəraitində xüsusilə də, risk qrupunda olan xəstələr diqqətli olmalıdırlar:
"Bu cür hava şəraiti insanların səhhəti üçün çox zərərlidir. Tövsiyə edirik ki, belə hava şəraitində insanlar xüsusilə, gözlərini qorusunlar. Bunun üçün gün eynəklərindən istifadə etsinlər. Mümkündürsə, bu cür hava şəraitində evdən çölə çıxmasınlar. Tozlu hava xüsusən də, nəfəsyolu xəstəliklərindən əziyyət çəkən insanlar üçün təhlükəlidir. Bu cür xəstələrə xüsusi diqqət lazımdır. Risk qrupu xəstələri, astma xəstələri belə havada diqqətli olmalı, özlərini qorumalıdırlar”.
Nigar Məhərrəm
Sfera.az






