Həftədə iki dəfə bunu etmək insan ömrünü 9 il uzadır - İngiltərəli alimlər açıqladı

Həftədə iki dəfə bunu etmək insan ömrünü 9 il uzadır - İngiltərəli alimlər açıqladı
Bəlkə də bu günə kimi bir çox qida və ya idman hərəkətinin ömrü uzatdığı barədə məlumat oxumusunuz. Ancaq ingiltərəli alimlərin apardıqları araşdırmaların nəticəsi göstərir ki, uzun ömürlü olmağın sirri təkcə bunlarda gizli deyil.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Goldsmith Universitetinin professorları tərəfindən aparılan araşdırmalar mütəmadi olaraq konsertə getməyin insan ömrünə müsbət mənada təsir etdiyini üzə çıxarıb.
 
Bildirilib ki, konsert və ya hər hansı səhnə şousunu 20 dəqiqə izləmək insanın xoşbəxtlik hissini 21 faiz artırır. Daha öncəki araşdırmalar xoşbəxtlik hormonlarının insan ömrünü 9 ilə qədər uzatmağa qadir olduğunu sübuta yetirmişdi. Odur ki, konsertə gedərək bu nəticəni əldə etmək olduqca asandır. Araşdırmanın rəhbəri Patrik Faqan bildirib ki, xoşbəxtlik hormonlarının daim üst səviyyələrdə qalması üçün həftədə iki dəfə konsertə getmək və ya sevimli başqa əyləncəli fəaliyyətlərə (teatr tamaşası, film və s.) vaxt ayırmaq lazımdır.

Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...