Şəkərli içkilər erkən ölümə səbəb ola bilər
Sağlıq
15:43 / 26.03.2018
2045
Britaniya mətbuatı qidaların insan orqanizminə təsirinə də diqqət ayırıb.
Bu ona görə belədir ki, şəkərli içkilər və şəkərli qidalar orqanizmdə müxtəlif şəkildə həzm edilir.
Təcrübə göstərib ki, günə 680 qramdan artıq şəkərli içki qəbul edənlərin erkən ölüm riski belə içkiləri günə 28 qramdan artıq qəbul etməyənlərlə müqayisədə iki dəfə çoxdur.
Lakin alimlər vurğulayırlar ki, bu nəticələr erkən ölümlərin şəkərli içkilərlə yalnız bağlılığını göstərib və birmənalı qaydada səbəb kimi qəbul edilə bilməz.Alimlər bundan əvvəl piylənmə və xroniki xəstəliklərə - əlavə edilmiş şəkərli qidaların təsirini öyrənmişdilər.
Amma onların fikrincə şəkərli qidalarda yağlar və zülallar kimi başqa komponentlər də olur. Bu maddələr bədəndəki metabolizmi yavaşıdır. Başqa sözlə, şəkərli qidalar da tam ziyansız deyil.
Görünür, insanlar da şəkərin sağlamlığa vurduğu ziyandan indi daha çox agahdırlar.