Logo

Üzü sızanaqlı adamlara xoş xəbər

Üzü sızanaqlı adamlara xoş xəbər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qüsursuz  və hamar  dəri hər kəsin arzusu olsa da, bu ömürlük gənc və gözəl qalmaq üçün əsas vermir. London Kral Kollecinin alimləri bu qənaətə gəliblər.

Sfera.az xəbər verir ki, aparılan araşdırmaların nəticələrinə əsasən, üzü sızanaqlı insanlar  qüsursuz dəriyə malik insanlardan daha uzunömürlü olurlar.

Üzdəki civzə və sızanaqlar yeniyetməlik dövrlərindən etibarən özünü göstərməyə başlayır və əsasən də gəncləri  çox narahat edir.  Üzü  sızanaqlı şəxslərə xoş xəbərimiz var. Sizin ömrünüz yaşıdlarınızın ömründən daha uzun olacaq. Üstəlik siz kamillik dövrünüzdə, yəni orta  və qocalıq yaş dövrünüzdə daha yaraşıqlı olacaqsınız.

London Kral Kollecində aparılmış və belə deməyə əsas verən araşdırmalarının nəticəsi  nüfuzlu "Investigative Dermatology” jurnalında dərc edilib.

1205 nəfər  əkiz  insanın  dərisindən götürülmüş  nümunələr  üzərində aparılan tədiqatlardan məlum  olub ki, civzəli dəriyə malik insanlarda  xromosomun uc nöqtələri daha uzundur. Sızanaq qatını  ayaqqabıların  dik dabanlarına geydirilmiş plastik üzlüklərlə müqayisə etmək olar. Yəni üzdəki civzələr genetik dərini mühafizə edən  qat rolunu oynayır. Belə adamlarda qocalma əlamətləri daha gec baş verir. Həmçinin sızanaqlı insanlarda p53 adlı gen daha az özünü göstərir, bu gen müntəzəm olaraq hüceyrələrin ölümünə səbəb olur.

İndi alimləri  bu araşdırmadan sonra daha böyük məsələlər maraqlandırır – Bu prosesi ləngitrmək və dərinin qocalması prosesinin qarşısını almaq olarmı? Ümid edirik qocalmadan  elmin bu nailiyyətini də görəcəyik.

Bizim Yol

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR