Bu dondurmaları YEMƏYİN – SİYAHI

Bu dondurmaları YEMƏYİN – SİYAHI
İqtisadiyyat və Səhiyyə nazirlikləri ərzaq məhsulları bazarında birgə nəzarət tədbirlərini davam etdirir.

İqtisadiyyat Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, istehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə adıçəkilən qurum tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən fiziki şəxs Tahir Qasımova məxsus dondurma sexində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada nümunələr götürülüb.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Panda”, "Karolina”, "Mirage” və "Zontik” plombir dondurmalarında, "Matroskin” südlü dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Eyni zamanda, "Karolina” və "Zontik” plombir dondurmalarında, eləcə də, "Matroskin” südlü dondurmasında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkarlanıb.

Qanun pozuntuları ilə əlaqədar fərdi sahibkar Tahir Qasımova qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.

Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

İstehlak bazarında birgə nəzarət tədbirləri davam etdirilir.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ağdərədə silah-sursat aşkarlandı- FOTO

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar e...

Çörəklərdə un qurdundan istifadə olunacaq - Yeni QƏRAR

Avropa İttifaqı ölkələrində ultrabənövşəyi radiasiya ilə müalicə olunmuş un qurdlarının süfrəsindən qida maddəsi kimi istifadə etmək mümkün olacaq.  &nb...

Azərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam i...

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.  ...

Fransa XİN: Qəzzanın gələcəyi Fələstin dövləti ilə bağlıdır

Gələcək Qəzza zolağının əsasını üçüncü ölkənin nəzarəti deyil, Fələstin dövləti təşkil etməlidir.   Sfera.az xəbər verir ki, bu barədə Fransa KİV-lər...

Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında S...