Diqqət: bu dondurmalarda xəstəlik tapılıb - Siyahı

Diqqət: bu dondurmalarda xəstəlik tapılıb - Siyahı

Satışda olan bəzi dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlər aşkar edilib.

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirlik müxtəlif ticarət obyektlərində satışda olan dondurmalara baxış keçirib. Götürülən nümunələrin müayinəsindən sonra bəzi dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Bu dondurmalar aşağıdakılardır:

"Çudo” şokoladlı, AER plombir şokoladlı, AER plombir vanilli, "Yasif” plombir və "Melisa”, "Nostalji” plombir, "Briket-krem brule”, "Bakinskiy privet” plombir, "Meqapolis" şokoladlı plombir, "Cappuçino" qəhvəyi, "Matryoşka" plombir, "Selena" şokoladlı plombir, "Panda" südlü, "Meçta" şokoladlı plombir, "Arktika" şokoladlı plombir, "Tanqo" şokoladlı və "Tanqo" cemli, "Mono Quality" badamlı, "Bakı gecələri" plombir, "Armada", "Eskimo Yoloçka", "Yeni şəhər" plombir, "İçəri şəhər" qəhvəyi, "İçəri şəhər" qəhvəli, "Pristij" çiyələkli, "Pristij" qozlu, "Əsl" plombir, "Südlü" klassik və "A-klass".

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar həmin dondurmaların istehsal edildiyi AER Company Qrup MMC, Band Milk MMC, S.A.B.A. Şirkəti MMC, A.Y.S-60 MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Səringül Yusubova dondurmaların istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib və məhdudlaşdırıcı tədbirlər görülüb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...