Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müasir kosmetologiyada məqsəd üzü tamamilə dəyişmək deyil, üz anatomiyasına uyğun fərdi yanaşmaqla minimum müdaxilə ilə gözəl nəticə əldə etməkdir. Bu məqsədlə hər il olduğu kimi ölkənin ilk dermatoloq, kosmetoloqu dr. Rəna Soltanovanın rəhbərliyi və spikerliyi ilə növbəti konfrans 3 noyabr 2026-cı il tarixdə keçiriləcək.

Konfrasda həmçinin keçən tədbirlərdə olduğu kimi Türkiyədən dəvət olunmuş tanınmış mütəxəssis Ahmet Atalık da öz bilik və təcrübəsini paylaşacaq.

Canlı modellər, real klinik hallar və interaktiv müzakirələr kofransın əsasını təşkil edəcək.

Konfransda xüsusi diqqət ful face harmonizasiya prinsipinə ayrılacaq.

Bu çərçivədə ceyran göz effekti, alın və orta üz dolğusu, saçdibi dolğusu, üz proporsiyalarının bir-biri ilə kombinasiyası kimi aktual mövzular praktik nümunələrlə təqdim olunacaq. Daha çox preparatın daha yaxşı nəticə demək olmadığı, düzgün anatomok nöqtənin, uyğun texnikanın və dəqiq miqdarın seçilməsinin nəticəyə necə təsir göstərdiyi real klinik hallar üzərindən müzakirə ediləcək. Eyni zamanda Botulinotoksindən yalnız ənənəvi üz korreksiyasında istifadəsi deyil, daha innovativ tətbiq sahələri ilə tanışlıq olacaq.

Boyun nahiyyəsinin vizual olaraq daha uzun və zərif görünməsinə yönəlmiş yanaşmalar, “buffalo hump” korreksiyası, eləcə də miqren zamanı tətbiq olunan botulinotoksin protokolları proqramın xüsusi mövzuları sırasında olacaq.

Eyni zamanda bir seans ərzində model üzərində bir neçə prosedurun necə düzgün kombinə edilməsi, hansının əvvəl, hansının daha sonra həyata keçirilməsi və ümumi nəticənin necə planlaşdırılması praktik şəkildə göstəriləcək.

İştirakçıların spikerlərə sual vermək və fikir mübadiləsi aparmaq imkanı olacaq.

3 noyabr real təcrübədən öyrənmək və öz klinik baxışını daha da inkişaf etdirmək üçün bir görüş nöqtəsi olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR