Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var
Kateqoriya məlum deyil
T

Rusiyanın Sankt-Peterburq şəhərində 4 nəfər meymunçiçəyi xəstəliyi ilə xəstəxanaya yerləşdirilib.

Sfera.az xəbər veirr ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, tibb işçiləri həmin dörd nəfəri Krasnoqvardeyski rayonundakı bir mənzildən götürüblər. Yoluxma faktı test nəticələri ilə təsdiqlənib və onlar Botkin adına xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, yoluxan şəxslərin hamısı infeksiya mənbəyi ilə təmasda olublar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir, onlarda yüksək hərarət və limfa düyünlərinin böyüməsi müşahidə olunur./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR