Süd vəzindəki bu dəyişikliklər xərçəngin əlaməti ola bilər

Süd vəzindəki bu dəyişikliklər xərçəngin əlaməti ola bilər
Kateqoriya məlum deyil
T

Süd vəzinin formasında, ölçüsündə və quruluşunda baş verən dəyişikliklər onkoloji xəstəliyin ilkin əlamətləri ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə Moskvanın baş onkoloqu İqor Xatkov RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, süd vəzisində düyünlərin yaranmasına, bərkimə sahələrinin əmələ gəlməsinə və toxumaların quruluşunun dəyişməsinə diqqət yetirmək lazımdır. Xüsusilə bu dəyişikliklər ağrı və ya xarici görünüşdə fərqlərlə müşayiət olunursa, müayinə vacibdir.

Həkim bildirib ki, məmə uclarından ifrazat gəlməsi də diqqət tələb edən əlamətlərdən biridir. Bu hal həm xoşxassəli törəmələrlə, həm də bədxassəli proseslərlə əlaqəli ola bilər.

“İstənilən ifrazat, xüsusilə uzun müddət davam etdikdə və ya artdıqda, hərtərəfli müayinə tələb edir”, – deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Çin alimləri yuxu rejiminin pozulmasının süd vəzi xərçəngi riskini 30 faiz artıra biləcəyini müəyyən ediblər. Tədqiqatçılar 220 089 iştirakçının məlumatlarını təhlil edib, onların sağlamlıq vəziyyətini orta hesabla 11,6 il ərzində izləyiblər.

Fatimə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR