İsa Ağayev sizin köməyinizə ehtiyacı var - Foto
Sağlıq
15:56 / 23.06.2017
1353
31 yaşlı İsa Şakir oğlu Ağayevin köməyinizə ehtiyacı var.
Sfera.az xəbər verir ki, onun bir il əvvəl daxili orqanlarında şiş əmələ gəlib. Həkimlər bildiriblər ki, xəstəliyinin İranda müalicəsi var. Bu səbəblə iki uşaq atası əlində olan hər şeyi sataraq İrana üz tutub, orada pulu yetdiyi qədər müalicə alıb. Həkimlərin sözlərinə görə, 5-6 dəfə də müalicə alsa, sağalacaq. Lakin pulu olmadığından müalicəsini davam etdirə bilməyib.
Gəncin İranda müalicəsini davam etdirmək üçün ona 5-6 min AZN pul lazımdır. İsa Ağayev övladlarını atasız qoymamaq üçün imkanı olan şəxslərdən kömək istəyir.
Müqəddəs Ramazan ayında bu gəncdən köməyinizi əsirgəməyin. Kömək etmək istəyənlər (+994) 55-390-00-94 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Sfera.az