Suxari yemək arıqladır, ya yox? – DİETOLOQ RƏYİ

Suxari yemək arıqladır, ya yox? – DİETOLOQ RƏYİ
Pəhriz saxladıqda imtina edilən ilk qida çörəkdir. Lakin çörəkdən tamamilə imtina etmək bəzən çoxlarına çətin olur. Bu halda isə onlar suxariyə müraciət edirlər. Suxari sevməyənlər isə lavaş və ya qara çörəyə üz tuturlar. Bəs onların kökəltmədiyi doğrudurmu?

Sfera.az lent.az-a istinadən xəbər verir ki, bu haqda sualları cavablandıran dietoloq Leyla Zülfüqarlı deyib ki, ümumiyyətlə, çörək qrupuna qarşı fikirlər birmənalı deyil. Mütəxəssis çörəkdən imtina edərək suxari, lavaş, qara çörəklə qidalananların məqsədinin əslində nisbətən az kalorili çörək məhsulları qəbul etmək olduğunu bildirir. Lakin bu halda çörəyə alternativ kimi suxari yemək uğurlu seçim sayılmır: "İnsanların məqsədi hər hansı bir formada ağır karbohidratdan imtina etməkdir. Amma rasional qidalanma mexanizmi ilə müqayisə etsək, burada çox ciddi yanlışlıqlar var. İlk növbədə "suxari kökəltmir" fikrinə aydınlıq gətirək. Əgər suxari yenə də ağ undan bişirilmiş çörək növündəndirsə, onun sadəcə qurudulması nəticəsində tərkibi quruyur və bir az kalorisi azalır. Amma orqanizmə ötürülən tərkibi mürəkkəb karbohidrat olaraq qalır. Bu halda isə orqanizmin arzu etdiyi çörək məhsulu olmur".

Burada isə belə bir sual ortaya çıxır: onda necə olmalıdır? Sualı cavablandıran L. Zülfüqarlı deyir ki, doğru çörəkdən düzgün formada istifadə edilməlidir. Doğru çörək isə  tam taxıllılardır. Bu baxımdan mütəxəssis Azərbaycanda çörək istehsalından razı olmadığını da etiraf edir: "Ölkəmizdə doğru çörək istehsal edilmir. Bizdə çörək arzuladığımız səviyyədə deyil. Avropa ölkələri ilə müqayisə etsək, şəxsən məni bir mütəxəssis kimi qane etmir. Mən dietoloq olaraq Avropa ölkələrinə gedəndə ən çox çörəkdən istifadə edirəm. Sözsüz ki, tam taxıllı çörəklərdən. Yəni çörəyin tərkibi düzgün olarsa, bizim daha çox istifadə etdiyimiz məhsula çevrilməlidir".
 
Dietoloq əslində insan hüceyrələrinin ən çox qidalandığı vitaminin çörəkdə olduğunu vurğulayır. Məlumdur ki, çörək qrupu da B vitamini kateqoriyasına daxildir. Məhz doğru çörəkdən düzgün istifadə edilmədiyi üçün də insanlarda B vitamini çatışmazlığı daha çox rast gəlinən problemdir: "Azərbaycanda həkimlərin məsləhət gördüyü müalicələr arasında B qrup vitaminlər və ağrıkəsicilər üstünlük təşkil edir. Niyə? Çünki biz doğru-düzgün çörək yemirik. Buna görə də bədən B qrup vitamini almır və həkimlərə üz tutanda müalicə mərhələsində xəstələrə ən çox B qrup preparatlar təyin edilir. Bu adekvatlığı biz həb şəklində təmin edirik. Lakin əslində çörəkdən düzgün istifadə etsək, buna ehtiyac qalmaz".
 
L. Zülfüqarlı Azərbaycanda çörək istehsalında problem olduğunu da deyir. Bu isə insanların sağlamlığını birbaşa təhlükəyə atan məqamdır. Dünya standartları ilə ayaqlaşmayan çörək istehsalı nəticəsində qidalanma səviyyəsi də aşağı düşür: "Ölkəmizdə hələ də sovet resepti ilə çörək hazırlanır. Biz dietoloqlar əziyyətlə doğru çörək tapırıq. Amma bu, belə olmalı deyil. Avropa ölkələrində marketə girirsən, gözünün qabağında çörək hazırlanır, görürsən ki, bəli, tam taxıllı çörək bişirildi. Həmin çörəklər çox qəbul edilsə belə, orqanizmə heç bir zərəri yoxdur. Çünki tərkibi düzgün təyin edilib. Dünya səviyyəsində suxari qəbul edilmir. Tam taxılı çörəklər yeyilməlidir. Tam taxıllı çörəklər isə tam buğda, çovdar çörəyidir. Bu boyda ölkədə tam buğda çörəyi yoxdur. Bu da çox ciddi siqnalverici məqamdır. Ona görə də mən insanları başa düşə bilirəm. Çörək məmulatlarından əziyyət çəkdikləri üçün suxariyə müraciət edirlər. Biz doğru çörəyi tosterdə azca qızardaraq yeyə bilərik. Amma arıqlamaq üçün suxari yemək düzgün yol deyil".  

OXŞAR XƏBƏRLƏR

Təhsil müəssisələrində yoxlama: 70 nəfər işdən çıxarıldı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb.   ...

Türkiyədə yaşayış binasında partlayış- 10 yaralı var

Türkiyənin Kocaeli vilayətində yaşayış binasında partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb....

Leyla Əliyeva Yaradıcı Mərkəzin açılışında- FOTO

Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dekabrın 28-də açılışı olub.   Sfe...

Ceyms Obrayn Azərbaycana başsağlığı verdi

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı Azə...

Serbiya ilə hərbi əməkdaşlıq planı imzalandı - MN

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi əməkdaşlıq danışıqlarının apar...

Bu televiziya yayımçılarına yardım göstəriləcək - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imza...